Mübariz Mənsimov Natiq Əliyevi andıbackend

Mübariz Mənsimov Natiq Əliyevi andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az OilGas.az-a istinadən xəbər verir ki, mərhum nazirin onsuz keçən 70 illik yubileyi yaxın dostu, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimov tərəfindən də qeyd olunub. Sosial şəbəkədəki şəxsi hesabında Natiq Əliyevin şəklini paylaşan Mənsimov ürək sözlərini belə ifadə edib:

“Əziz qardaşım, doğum günün mübarək. Bizdən nə qədər uzaq olsan da, həmişə qəlbimizdəsən. Yoxluğun çox hiss olunur. Məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin, əziz qardaşım Natiq”.

Qeyd edək ki, bir müddət öncə Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə yaxın dostu Natiq Əliyevin adını verib.

Artıq “Natiq Əliyev” gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.

Gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

İnterpres.az