Kəbədə şəkil çəkdirmək qadağan olundubackend

Kəbədə şəkil çəkdirmək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Məkkə şəhərindəki Əl Həram (Kəbə) və Mədinə şəhərindəki Əl Məscid Ən Nəbavi ziyatətgahlarında açıq və qapalı bölgələrdə foto və video çəkmək qadağan olunub. Media nümayəndələrinə də aid edilən qərara tabe olmayan şəxslərin cihazı əlindən alınacaq və onlar barədə lazımi hüquqi tədbir görüləcək.

Səudiyyə Ərəbistan Krallığı Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilən qərarın məqsədi insanlara ibadət üçün daha yaxşı şərait yaratmaq, foto, video çəkilişlə onları narahat etməməkdir.

İnterpress.az