Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldübackend

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az