ABŞ İŞİD-i Qafqaza yönəldir?backend

ABŞ İŞİD-i Qafqaza yönəldir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ bu məqsədlə İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin Suriyada vuruşan minlərlə döyüşçüsünü Gürcüstan üzərindən Qafqaz regionuna göndərməyi planlaşdırır.

Məlumata görə, ABŞ Suriyadan çıxartmağa hazırlaşdığı İŞİD terrorçularını Gürcüstanın məşhur Pankisi dərəsində yerləşdirməyi düşünür.

Qeyd olunur ki, Gürcüstanda yerləşdiriləcəkləri ehtimal edilən terrorçular Cənubi Qafqazda və Rusiyada müxtəlif diversiyalar, o cümlədən, kamikadze hücumları həyata keçirəcəklər.

Mənbənin yazdığına görə, Özbəkistanın Qırğızıstan və Tacikistanla sərhədində yerləşın Fərqanə vadisində qərarlaşan İŞİD yaraqlıları o ərazilərdə çox sərbəst hərəkət edirlər və bir dəfə də olsun, hava hücumuna məruz qalmayıblar. Əlavə edilir ki, ABŞ Fərqanə vadisində olduğu kimi, Pankisi dərəsində yerləşdiriləcək İŞİD-çilərin mühafizəsini öz üzərinə götürəcək.

ABŞ-ın İŞİD-i Qafqaza yönəltməsini və onun təxribatlarını dünya ictimai rəyində “Çeçenlərin müstəqillik mübarizəsi” kimi təqdim edəcəyi vurğulanır. Bundan başqa, Ağ Evin İŞİD-dən Əfqanıstanda “Taliban”a qarşı da istifadə etdiyi xatırladılır.

Ancaq ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasını əngəlləmək üçün İŞİD-i dövriyyəyə buraxaraq, onsuz da gərginlik içində olan Qafqaz regionunda yeni “ocaq” yaratmağa hazırlaşdığı haqda xəbərlər skeptik reaksiya doğurur.

İnterpress.az