Heydər Əliyev Sarayında daun sindromlu uşaqların konserti keçiriləcəkbackend

Heydər Əliyev Sarayında daun sindromlu uşaqların konserti keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, 3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçiriləcək konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış edəcəklər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edəcək.

Saat 16:00-da başlayacaq konsertə giriş pulsuzdur.

İnterpress.az