Azərbaycanda pambıqçılığın inkişafı üçün 195 sahibkara güzəştli kredit verilibbackend

Azərbaycanda pambıqçılığın inkişafı üçün 195 sahibkara güzəştli kredit verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 13 400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 544,4 mln.manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 mln. manat güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 965 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə, indiyədək Biləsuvar rayonundan olan 737 sahibkara 33 mln.manat güzəştli kredit verilib.

İnterpress.az