Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Fidan Quliyeva: Gəlin biraz vicdanlı olaq !

Həqiqətənmi, Mübariz Mənsimovun iflas olmasına sevinirsiniz?- FİDAN QULİYEVA HƏMYERLİMİZƏ QARŞI QARA PİARDAN YAZDI

Dərc edilib: 24 noyabr 2017 [00:10]
Baxış sayı: 315

İnterpress.az xəbər verir ki, son zaman Rusiya və Azərbaycanın bəzi media orqanlarında Türkiyədə yaşayan həmyerlimiz “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında xoşagəlməz yazılar dərc edilir. Azərbaycanda böyük sevgi ilə xatırlanan bu şəxs barəsində yazılanlara isə əksəriyyət təəssüf duyur.

Türkiyədə yaşayan tanınmış telejurnalist Fidan Quliyeva özünün sosial şəbəkədəki hesabında Mənsimova qarşı aparılan qara piar kampaniyasından yazıb.

Mövzunun aktuallığını nəzərə alıb, Fidan xanımın həmin qeydlərini təqdim edirik:

Xaricdə vətənimizi təmsil edən, əməlləri və uğurları ilə fəxr edəcək çox az həmvətənlimiz var. Mübariz Mənsimov mənim üçün ilk pillədədir. Əsla mən burda çalışdığım üçün deyil. Sadəcə etdiklərini daha yaxından gördüyüm üçün bu qənaətə gəlmişəm. Mən əminəm ki, bunu düşünən tək mən deyiləm. Mübariz Mənsimov o adamdır ki, Azərbaycan bayrağı olmayan tədbirə ayağını basmaz! Uzaqda olsa da vətənində baş verənlərə bir dəfə də olsun biganə qalmayan və biganə qalmamağa çağıran bir Azərbaycanlı iş adamımız.. Erməni terroru sənədli filmini bütün Türkiyə TV-lərində yayan, Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxaran, Bodrumun göbəyində Qız Qalası inşa etdirən, İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldıran biridir Mübariz Mənsimov…

Üç rəngli bayrağımızı hər yerdə hətta şirkət logolarında istifadə edən, şəhidimiz Mübariz İbrahimovu, Zəhra balanı Türk və dünya ictimaiyyətinə media vasitəsi ilə çatdıran, vətənimizi tanıdan neçə tədbirlərə, kitabların nəşrinə, tələbələrimizin dünyaya açılmasına maddi və mənəvi dəstək verən, dünya sularında üzən nəhəng gəmilərə Azərbaycanın tanınmış dövlət xadimləri və vətənin gözəl güşələrinin adını verən AZƏRBAYCANLI iş adamı…

İnanın, davamı o qədər çoxdur ki, davam edə bilər…

Mən bildiklərimin 1% ni bilirsiz.. Cünki bunların yayılmasına heç bir zaman izn vermədi.. Amma onunla bağlı çirkin xəbərlərin yayılmasına çox təssüf ki, izn verildi. Heç bir faktlara əsaslanmayan yalan və sifarişli yazılar palaz- palaz yazıldı.

Nə olub, həqiqətən də bu iş adamımızın iflas olmasınımı istəyirsiniz? Həqiqətən də həbs olunmasının arzusundasız? Nəyə, sevinirsiz anlamıram?!

Bunların hamısı yalandı! Əslində çox yazmaq istəyərdim ürəyim doludur amma yer azdı.

Gəlin, bir az vicdanlı olaq!


İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 477