Litvada “Əli və Nino” filminin təqdimat mərasimi keçirilibbackend

Litvada “Əli və Nino” filminin təqdimat mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Filmin Litvanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.

İnterpress.az