Ermənilər Qarabağ üçün 12,5 milyon dollar topladıbackend

Ermənilər Qarabağ üçün 12,5 milyon dollar topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dağlıq Qarabağdakı müxtəlif layihələrə dəstək telemarafonunda 12 saat ərzində 12 milyon 505 min 456 dollar vəsait yığılıb.

“Ayastan” fondunun noyabrın 15-dən 19-dək Fransada keçirdiyi telefon marafonunda 1 milyon 230 min avro yığılmışdı.

1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 350 milyon dollara yaxın vəsait toplayıb.

“Ayastan” fondunun Himayəçilik Şurasına Ermənistan prezidenti başçılıq edir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 25 ildir işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib. (novator.az)

İnterpress.az