Qarabağla Beşiktaş arasında yoldaşlıq oyunu keçiriləcək?backend

Qarabağla Beşiktaş arasında yoldaşlıq oyunu keçiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə \”Qarabağ\” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Noyabrın 22-də \”Beşiktaş\”ın baş məşqçisi Şenol Günəşin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində \”Qarabağ\” – \”Çelsi\” oyununu izləmək üçün Bakıya gəlməsinə münasibət bildirən N.İbrahimov qeyd edib:

\”Şenol Günəşin Bakıya gəlişi bu məsələ ilə əlaqədar deyildi. Əvvəllər iki komanda arasında yoldaşlıq matçının keçirilməsi ilə bağlı söhbət olub. Hətta avqustun axırı, sentyabrın əvvəli məsələ aktual idi, sadəcə olaraq həmin vaxt şərtlər, vaxt uyğun gəlmədi. Lakin hazırda bu məsələ aktual deyil\”.

Bununla belə, Ağdam təmsilçisinin nümayəndəsi gələcəkdə \”Qarabağ\” və \”Beşiktaş\” klubları arasında yoldaşlıq oyununun keçirilməsini istisna etməyib.

Qeyd edək ki, bundan öncə Türkiyə mətbuatı Ş.Günəşin Bakıya səfəri zamanı iki komanda arasında yoldaşlıq matçının keçirilməsi barədə razılıq əldə olunduğunu yazmışdı.

İnterpress.az