Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdıbackend

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə baş tutan \”Separatizimin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər\” forumu barədə geniş məqalə ilə çıxış edib.

İnterpress.az həmin məqaləni olduğu kimi təqdim edir:

Uzun illərdir ki, bu işin içindəyəm, bir çox tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısı olmuşam. Avropada Qarabağ konfranslarının təşkil etməyin çətinliklərinə dəfələrlə şahid olmuşam. DAK demək olar ki, qurultaylarını və toplantılarını Avropada keçirərdi və çox böyük çətinliklərlə üzləşərdi. Qarabağın işğalından bu yana Avropa dövlətlərinin bu məsələyə münasibəti bir mənalı olmayıb, daha doğrusu ikili sdandartlarla yanaşıblar, Azərbaycanın haqlı olduğunu bildikləri halda hər zaman Ermənistandan yana olublar. ATƏT- in Minsk qrupunun fəaliyyəti gözümüzün önündədir, qəbul eddikləri heç bir qətnaməni Ermənistan hökümətinə qəbul etdirə bilmirlər və ermənilər Avopanın \”dəcəl\” uşağı olaraq haqsızlığa və hüquqsuzluğa davam edir. Erməni diaspor təşkilatlarının bir əsirdən çox davam edən türk düşmanlığı təbliğatı, uydurduqları saxta tarix və xalqların öz müqəddaratını həll etmə safsatası, bütün bunlar Avropa və dünyada Azərbaycan ələhdarlarının artmasına gətirib çıxartmışdır. Belə bir atmosferdə Qarabağın haqlı davasını aparmaq əlbətdə çox çətindir, amma imkansız deyil, yetər ki, biz haqlı mübarizəmizdən vaz keçməyək.

20.11 2017 Belçikanın paytaxtı Brüsseldə \”Separatizmin Beynəlxalq Sülhə və Təhlükəsizliyə Yaratdığı Təhdidlər\” mövzusunda təşkil edilən beynəlxalq Forum bunun ən parlaq nümunələrindən biridir. Bu günə qədər bir çox konfranslarda iştirak etmişdim, amma bu bir başqaydi, əvvəlkilərdən fərqliydi. Çıxış edənlər və qonaqlar, tərkib etibarı ilə sayılıb, seçilən insanlardı. Çıxış edənlər demək olar ki, hamısı dünyada tanınan və sayqı duyulan, təmsil etdiyi ölkədə söz sahibi olan, siyasi xadimlər və elm adamları idilər. İlk dəfə idi ki, Avropalı siyasətçilərin həqiqətin gözünün içinə dik baxdıqlarını və haqqın yanında durduqlarını görürdüm. İspaniyada Kataloniyada baş vermiş separatizmin nələrə gətirib çıxardığını sonunda anlamışdılar, bölücülüyün törədəcəyi acıları öz dərilərində hiss etmişdilər və illərdir Azərbaycanın səsini duymamışdılar, indi bizi dinləmək zorundaydılar.

Forumun açlış məruzəsini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov etdi. Əli Həsənov öz çıxışında, Qarabağ münaqişəsinin başladığı dövürdən bu günə qədər görülən işlərdən, ATƏT-in Minisk qrupunun fəaliyətindən, qəbul edilən qətnamələrdən və Ermənistanın Beynəlxalq hüquqa uymamasından, Qarabağ sorununa çözüm gətirəcək olan Minsk qrupuna həmsədr olan üç böyük dövlətin, Fransa və Rusyanın Ermənistandan yana olaraq, məsələnin həllinə barmaqarası baxmalarından və əslində işğalçını dəstəklədiklərini bildirdi. Avropanı ədalətli olmağa və Azərbaycana qarşı baxişlarını dəyişməyə çağırdı.

Bir neçə siyasi liderin çıxışı baş verən olayların mahiyyətini çox dəqiq ifadə edirdi.
Ukraynanın keçmiş prezidenti (2005-2010) Viktor Yuşenkonun çıxışı çox aydın şəkildə Qarabağ probleminin yaranma səbəblərini, bu problemlərin süni surətdə şişirdilməsi, Qarabağdakı münaqişələrin arxasında duran güclərin niyyətini, Qarabağda yaşananların bir separatizm hadisəsi olmadığını, orda bir savaş olduğunu və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozaraq Qarabağı işğal etməsi faktının ortada olduğunu qeyd etdi. Viktor Yuşenko çox cəsarətlə Qafqazda və Ukranyada, Kırımda, Gürcüstanda baş verən silahlı münaqişələrin arxasında Rusyanın qanlı siyasətinin olduğunu qeyd etdi. Viktor Yuşenko bölgəmizdə baş verən çatışmaların siyasi təhlini cəsarətlə ifadə etdi.

İsrail Dövlət Netaniya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, brqada generalı Sneh Ephraim -\”Qarabağ hadisələri separatizim deyil, orda Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək, Xocalıda dinc əhalini öldürərək etnik təmizləməyə məruz qalması və soyqırım törətməsi faktı vardır\”.
Almaniya Azərbaycan Forumunun rəhbəri Helqa Daub, öz çıxışında Qarabağ münaqişəsini araşdırdığını, Ermənilərin Qarabağa yerləşdirilmə tarixini, bu münaqişədə Rusyanın rolunu, dünyanın Azərbaycanın səsini eşitmək istəməməsini, Ermənistanın uydurduqları yalanlara inanaraq Azərbaycana ikili sdandartla yanaşıldığını gördüyünü və Avropanın bu məsələdə Ermənistanı dəsdəkləməsindən üzüntü düyduğünu və bir elm adamı olaraq Azərbaycanın haqlı olduğunu bildiyi üçün onu mudafiə etdiyini söylədi.

Bir birindən dəyərli elm və siyasət adamlarının bir araya gəldiyi bu Forumda ilk dəfə idi ki, Qarabağ həqiqətləri belə yüksək səslə, yüksək tiribunadan səsləndirilirdi. Forumda 37 əsas çıxışçı vardı və hər biri yeni dunya düzənində Avropada və dünyada baş veren separatizim hadisələrinin gətirəcəyi problemlərin qarşısının alınması, Separatizmin dünyada Sülhə və Təhlükəsizliyə ciddi təhdid olunduğunu və sonunda bu cür hadisələrin bölücülük, etnik təmizləmə və müharibələrə, qanlı münaqişələrə gətirib çıxardığının bir nümunəsi olaraq Qarabağda yaşananlardan dərs alınması gərəkdiyini vurğuladılar.

Ermənilərin uydurduqları bütün yalanlara və törətmək istədikləri manelərə rəğmən Avropanın mərkəzində Brüsseldə əslində Qarabağ Forumu çox yüksək səviyyədə baş tutdu və bunu ölkəm adına bir zəfər hesab edirəm. Bu Forumda məni çox sevindirən hadisələrdən biri də, Kərkükün Ərşad Salihi timsalında təmsil olması idi. Ərşad Salihi İraqın bütövlüyünü qoruyaraq Kərkükdəki vəziyyəti sərh etdi. Forumu, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yekun çıxışı ilə sonlandırdı. Diqqətimi çəkən o oldu ki, Əli Həsənov çıxış edənlərin demək olar ki, hamısından örnəklər gətirərək Forumun əhəmiyyətindən vurğuladı. Avropanın Qarabağ məsələsində iki üzlü siyasət aparmasından, ATƏT-in qəbul etdiyi qərarlara Ermənistanın hörmət etmədiyindən və bütün bunlara Avropa və dünyanın göz yummasından danışaraq qeyd etdi ki, bütün bunlar, Avropanın dəyərləri ilə örtüşmür.

Foruma Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızda qatılmışdılar, əsas ev sahibliyini isə Avropa Azərbaycanlıları Konqresi edirdi. Konqresin sədri hörmətli Sahil Qasımov və onu müavini Fizuli Məmmədov tədbirin yüksək səviyyədə keçməsi üçün böyük əmək vermişdilər. Forumun yüksək səviyyədə təşkilatçısı Azərbaycan Diaspor Komitəsi çox önəmli bir lahiyəyə imza attı. Komitənin əməkdaşlarının fəaliyyəti təqdirə layiqdir, başda Nazim İbrahimov olmaqla, Nərman Qurbanov, İlham Məmmədov, Elşad Mirələm və əməyi keçən hər kəsə təşəkkür edirəm. Forumda ürəkdən iştirak edən, uğurlu keçməsinə çox sevinənlərdən biri də Bakıdan Brüsselə qədər yol yoldaşı olduğum Musavat media qrupunun rəhbəri Rauf Arifoğlu, əziz qardaşımız Azər Həsrət və Teleqraf.az və Publika.az-ın rəhbəri Aynur Camal idi. Rauf bəy siravi bir qəzet əməkdaşı kimi, həm yazırdı, həm də ən gözəl şəkilləri çəkirdi, bizləri heç yalnız buraxmadı, Azər Həsrət isə Forumun ən gözəl çıxışçılarından biri idi. Aynur xanım isə Forumun ən önəmli nüanslarının mətbuatda işıqlandırılması üçün çalışırdı. Bu insanlar hər biri ayrı -ayrılıqda üzərilərinə düşən işin öhdəsindən layiqincə gəldilər. İstedadlı şairə və yazar ziyalı xanım Sona Vəliyeva mütəvazi davranışı ilə hər kəsin qayğısına qalırdı. Sağ olsunlar. Görülən bu işlərin kökündə duran isə bizi bir amac uğrunda birləşdirən Azərbaycan sevgisi və Vətəndaşlıq məsuliyyəti idi. Yolun açıq, Uğurun bol olsun Azərbaycan!

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

Tənzilə Rüstəmxanlı Brüssel forumundan yazdı

İnterpress.az