Prezidentin işdən qovduğu generalın oğluna 6 il həbs tələbibackend

Prezidentin işdən qovduğu generalın oğluna 6 il həbs tələbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində məhkəmə istintaqı başa çatıb.

Prokuror Rüstəm Orucovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Rüstəm Orucovun barəsində olan keçmiş cinayət işi də buna birləşdirilib. Çünki onun 2014-cü ildə aldığı cəza tam ödənilməyib.

Həmçinin prokuror çıxışında digər təqsirləndirilən şəxslərə 3 il 6 ay cəza istəyib.

Proses dekabrln 1-də davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan qməhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib. (lent.az)

İnterpress.az