Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycanlılar Rusiyada yeni diaspor təşkilatı yaradır

Rusiya azərbaycanlıları yeni diaspor təşkilatı yaratmaq istəyir.

Dərc edilib: 24 noyabr 2017 [17:29]
Baxış sayı: 144

İnterpress.az "Report"a istinadən xəbər verir ki, Rusiyanın 62 regionundan olan Azərbaycan icmalarının rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidentinə bununla bağlı məktub ünvanlayıblar.

ÜAK-ın rəsmi saytında dərc olunan məktubda onlar akademik Fazil Qurbanovu yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif ediblər.

Müraciətdə deyilir ki, Rusiyada azərbaycanlıların müxtəlif diaspor təşkilatlarının sayının çox olmasına baxmayaraq, ÜAK-ın ləğvi bu sahədə böyük boşluq yaradıb.

"Ümummilli lider Heydər Əliyevin və Vladimir Putinin razılığı ilə yaradılmış təşkilat, təəssüf ki, Rusiyada göstərdiyi fəallığını itirdi. Bir çox səhvlərə yol verildi və Rusiyanın demokratik prinsiplər ölkəsinə çevrildiyi bir vaxtda belə səhvlər onun sonunu gətirdi", - müraciətdə deyilir.

Müraciəti imzalayanlar Fazil Qurbanovun ictimai fəaliyyətini qeyd edərək onu yeni təşkilata rəhbərlik etməyə və soydaşlarını birləşdirməyə çağırıblar.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 478