YAP prezident seçkiləri ilə bağlı tapşırıq verdibackend

YAP prezident seçkiləri ilə bağlı tapşırıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müşavirədə çıxış edən Baş naziri müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov noyabrın 21-də YAP-ın yaranmasının 25 illlik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Əli Əhmədov qeyd eedib ki, bu münasibətlə Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub.

“Həmin mərasimdə partiyamızın sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai və siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib”.

Əli Əhmədov vurğulayıb ki, YAP bu 25 il ərzində möhtəşəm bir tarix yaradıb.

Əli Əhmədov qeyd edib ki, Prezidentin həyata keçirdiyi siyasətin birmənalı şəkildə dəstəklənməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.

Müşavirədə YAP İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və hərtərəfli fikir mübadiləsi aparılıb.

Müşavirədə həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyələri rayon və şəhər təşkilatlarının diqqətinə çatdırılıb.

İnterpress.az