“Bu prezidentimizin xarici siyasətinin uğurudur” – Deputatbackend

“Bu prezidentimizin xarici siyasətinin uğurudur” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı sammitdə çıxışında bir daha Azərbaycan ərazilərinin işğal edilməsini faktlarla ortaya qoydu və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların bu günə qədər icra olunmamasını bildirdi: \”Cənab Prezidentin Brüssel səfəri zamanı çıxışlarında Dağlıq Qarabağ, torpaqlarımızın ermənilər tərəfindən işğalı haqqında, ermənilərin Xocalı soyqırımını törətməsi, dinc əhaliyə divan tutmaları haqqında ətraflı məlumatlar verməsi, eyni zamanda, BMT qətnamələrinin icra olunmaması, işğalçı dövlət – Ermənistana qarşı tədbir görülməməsini cəsarətlə səsləndirməsi toplantı iştirakçılarının diqqətini cəlb etdi. Dövlət başçısı tədbir iştirakçılarını separatizmə, terrora qarşı həmrəy olmağa çağırdı. Prezident İlham Əliyev bildirdi ki, əgər terrora qarşı beynəlxalq səviyyədə mübarizə aparılsaydı, bugünkü vəziyyət alınmazdı\”.

E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışları ermənilərin cəhdlərini alt-üst etdi: \”Ermənilərin cəhdlərinə baxmayaraq, toplantının yekun sənədində dövlətlərin sərhədlərinin toxunulmazlığı göstərildi və Azərbaycanın ərazi bütövlyü bir daha dəstəkləndi. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin uğurudur. Çox istəyərdim ki, yekun sənəddə əks olunan məsələlər kağız üzərində qalmasın. Ümid edirəm ki, bu yüksək səviyyəli tədbirin yekun bəyanatındakı müddəalarla bağlı ermənilərə qarşı sanksiyalar tətbiq olunacaq\”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

İnterpress.az[b][/b]