Terrorçular “Fənərbaxça”nın stadionunu havaya uçuracaqmışbackend

Terrorçular “Fənərbaxça”nın stadionunu havaya uçuracaqmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiha Gökçən hava limanına silahlı hücum təşkil edənlərin növbəti hədəfi “Fənərbaxça”nın stadionu imiş.

İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, “Fənərbaxça”- “Sivasspor” oyununda terrorçular hərəkətə keçmədən hücumun qarşısı alınıb.

Kadıköy Polis İdarəsi oktyabrın 28-də şübhəli şəxslər aşkar edib. Saxlanılan şübhəlilərdən birinin şəxsiyyət vəsiqəsinin saxta olduğu ortaya çıxıb.

Sənədinin saxta olduğu bilinən Şaban Baymazın barmaq izləri götürülüb. Məlum olub ki, Baymaz keçən il Sabiha Gökçən hava limanına silahlı hücum təşkil edib.

Baymazın telefonu yoxlanarkən ortaya çıxıb ki, terrorçular 2016-cı ildə Vodafone Arena stadionda həyata keçirilən və 38 nəfərin ölümünə səbəb olan terrorun eynisini həyata keçirəcəklərmiş.

İnterpress.az