Millət vəkili: “Avropanın özündə də separatizm meylləri güclənəcək”backend

Millət vəkili: “Avropanın özündə də separatizm meylləri güclənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az sia.az-a istinadən məlumat verir ki, bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və tərəfdaş dövlətlərin ərazi bütövlüyünü tanınmış sərhədlər çərçivəsində dəstəklənməsinin bəyan etməsi o deməkdir ki, separatizm meylləri ilə xəyallar quranların beynəlxalq səviyyədə heç bir dəstəyi olmayacaq: \”Bu, həm də Ermənistana bir zərbədir. Erməni separatçıları Azərbaycan ərazisində yeni dövlət qurmaq və tanıtmaq xəyalları ilə yaşayırdı. Bu bəyannamə bir daha göstərdi ki, ikinci dünya müharibəsində olduğu kimi güc və işğal yolu ilə hər hansı bir dövlətin ərazisinin zəbt edilməsi beynəlxalq səviyyədə qınanır və heç vaxt dəstəklənməyəcək.

Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Brüsseldə qəbul olunmuş bəyənnaməyə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni yanaşma ortaya qoyacaqlar. Çünki, bu günün tələbi yeni yanaşmanı tələb edir. Həm də Avropa İttifaqında baş verən son hadisələr də Azərbaycanın işğal altındakı ərazilərinə yeni yanaşmanı və münaqişəni dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi və dəstəklənməsi prinsipinə uyğun yanaşılmasını tələb edir. Əks halda Avropanın özündə də separatizm meylləri güclənəcəkdir. Ermənilər isə Brüsseldə qəbul olunmuş birgə bəyənnamədən çox məyusdurlar və bildilər ki, özlərinin ikinci erməni dövləti yaratmaq arzuları boş xəyaldır və heç bir gələcəyi yoxdur\”.

İnterpress.az