Rusiyanın Azərbaycandakı yeni səfiri kim olacaq?backend

Rusiyanın Azərbaycandakı yeni səfiri kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

\”Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm\”, – deyə Dövlət Dumasının komitə sədri bildirib.

Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin namizədliyini təsdiqlədiyini yazıb.

Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

İnterpress.az