Ərdoğan Merkellə danışdıbackend

Ərdoğan Merkellə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə mövzusu olub.

Liderlər Ankara ilə Avropa İttifaqı arasında qaçqınlarla bağlı müqaviləni müzakirə ediblər.

Sənədə görə, Türkiyə Egey dənizi vasitəsilə Yunanıstana gələn miqrantları qəbul etməlidir. Avropa İttifaqı isə bunu əvəzində miqrantları saxlamaq üçün pul ayıracaq. Bununla yanaşı, türk vətəndaşlarına vizasız rejim tətbiq edilməlidir. Ankara bəyan edir ki, Brüssel bu müqavilənin bəndlərinə əməl etmir.

İnterpress.az