Soros indi də Macarıstanı qarışdırır: yenə “rəngli inqilab” ssenarisibackend

Soros indi də Macarıstanı qarışdırır: yenə “rəngli inqilab” ssenarisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder Corc Soros indi də Macarıstanı qarışdırmaqla məşğuldur. Bir çox ölkələrdə “rəngli inqilablar”ın maliyyəçisi kimi tanınan milyarder gələn ilin aprelində Macarıstanda keçiriləcək parlament seçkilərində bu ölkədə hakimiyyət dəyişikliyi etmək eşqinə düşüb.

Bununla bağlı artıq macar hökumətinin baş naziri Viktor Orban öz narahatçılığını ifadə edib. Vaxtilə «Soros» Fondundan aldığı təqaüdlə Oksford Universitetində təhsil alan Orban milyarderi ölkəsini dağıtmaqda ittiham edir. Soros isə baş naziri ölkədə repressiv rejim yaratmaqda günahlandırır. Hər iki tərəf arasındakı gərginlik seçkilər yaxınlaşdıqca pik həddə çatır. Soros hesab edir ki, Orbanın ittihamları seçkilərdə qalib gəlmək üçündür. Baş nazir Sorosu ölkəsini müsəlman miqrant axını ilə doldurmaqla Macarıstanı məhv etmək niyyətində olduğunu bildirib.

Siyasi ekspertlər bu qarşıdurmanın təsadüf olmadığını bildirirlər. Daha çox Orban hökumətinin Rusiyaya yaxın olduğunu önə çəkən ekspertlər bu seçkilərdə Rusiya-ABŞ qarşıdurmasının olacağını proqnozlaşdırırlar. Birləşmiş Ştatların Sorosun imkanlarından istifadə edərək, eləcə də digər təsir riçaqlarını işə salaraq, Macarıstanda iqtidar dəyişikliyi üçün var gücü ilə çalışacağı bildirilir.

Soros indi də Macarıstanı qarışdırır: yenə “rəngli inqilab” ssenarisi

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Sorosun hazırkı fəaliyyətini indiki ABŞ hökuməti ilə əlaqələndirmək doğru deyil: “ABŞ-ın mövcud hakimiyyəti ilə Corc Soros arasındakı münasibətlər kifayət qədər ziddiyyətlidir. Soros və onunla eyni mövqedə dayanan maliyyə nəhəngləri və fırıldaqçıları Trampın mövqelərini zəiflətmək üçün bütün vasitələrdən istifadə edirlər. Bu baxımdan, Sorosun son davranışlarını birmənalı şəkildə Tramp administrasiyası ilə əlaqələndirmək doğru olmazdı. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Sorosun rəngli inqilablarının gerçəkləşdirildiyi ölkələrlə Macarıstandakı reallıqlar kifayət qədər fərqlidir. Macarıstan 2004-cü ildən Avropa İttifaqının üzvüdür və bu müddət ərazində Macarıstanın siyasi və hüquqi sistemi Aİ-yə inteqrasiya edib. Macarıstanda siyasi proseslərin demokratik şəkildə inkişafı üçün bütün imkanlar var və bu ölkədə siyasi institutlar formalaşma mərhələsini çoxdan keçib. Bu baxımdan da Macarıstanda hər hansı bir rəngli, yaxud ağ-qara inqilabın baş verəcəyini gözləmirəm. Orban öz açıqlamalarında Avropa İttifaqı ilə münasibətlərə sadiq olduğunu bəyan edib. Əslində mən Macarıstanda baş verən prosesləri ”müsibət\” kimi dəyərləndirməzdim. Orbanla Avropa İttifaqı arasında yaranan ziddiyyətlərin əsas səbəbi ölkənin təhsil sistemi ilə bağlıdır. Bunu isə fundamental fikir ayrılığı kimi qiymətləndirmək doğru olmazdı. Digər tərəfdən, Viktor Orbanın hakimiyyətə gəldiyi dövrlə bugünkü reallıqları da müqayisə etmək doğru olmazdı. 2014-cü ildə Avropa ağır maliyyə-iqtisadi böhran yaşayırdı.

Bir çox Avropa bankları və şirkətləri öz sərmayələrini geri çəkirdilər. Bu isə iqtisadiyyatı Qərbi Avropa ölkələrindən geri qalan Macarıstana ciddi təsir göstərərdi. Orban Macarıstanda ictimai rəyin Avropa İttifaqının mərkəzi qurumlarının əleyhinə formalaşdığı bir dövrdə hakimiyyətə gəldi. Lakin indi vəziyyət 2010-cu ildəki kimi deyil. Avropada maliyyə sabitliyi yaranıb. Avro möhkəmlənib. Rusiyameylli siyasət isə Macarıstana heç bir yenilik gətirməyib. Bu baxımdan da Viktor Orbanın rəhbərlik etdiyi partiyanın 2018-ci ildə keçiriləcək seçkilərdə uğur qazanacağı inandırıcı deyil.

Bunu başa düşən Viktor Orban seçkiöncəsi Sorosla bağlı ritorikanı gücləndirməklə Macarıstanın ictimai rəyinə təsir göstərmək istəyir. Bir məqamı da qeyd edim ki, Orban 1989-cu ildə «Soros» Fondunun maliyyə dəstəyi və təqaüdü ilə Oksfordda 1 illik təcrübə keçib. Orban iqtisadi problemlərin həlli üçün Rusiyadan vəd olunan dəstəyi ala bilməyib. Seçki öncəsi verdiyi vədləri yerinə yetirməyib və indi də öz bacarıqsızlığını örtmək üçün “qurbanlıq keçi” axtarışındadır. Hesab edirəm ki, Orbanın açıqlamalarında yer alan ritorika onun fikirlərinin təbliğat xarakterli olduğunu sübuta yetirir. Macarıstanda hakimiyyət dəyişikliyinin baş verməsi mümkündür. Burada Sorosun nə qədər mühüm rol oynayacağını deyə bilmərəm. Real vəziyyət isə ondan ibarətdir ki, Orbanın mövqeləri zəifləyib, Avropa institutları isə onun Macarıstanda siyasi hakimiyyətdə olmasını bir o qədər də ürək genişliyi ilə qəbul etmirlər, siyasi reallıqla\”. (musavat)

İnterpress.az