“Oba”Marketlər Şəbəkəsi alıcıları zəhərləyirbackend

“Oba”Marketlər Şəbəkəsi alıcıları zəhərləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Oba” marketindən kərə yağı adı ilə “Alpen Food” yağı aldım. Qiyməti 4.99 AZN idi. Dəfələlərlə soruşdum ki, bu marqarindir. Satıcı dedi ki, yox.”

İnterpress.az-ın məlumatına görə, bu barədə Kamal Bilalov \”Oba\” marketlər şəbəkəsinin Facebook səhifəsinə yazıb.

Narazı sakin satıcıdan kərə yağının niyə bu qədər ucuz olduğunu sorub. Satıcı isə belə cavab verib: “Ukraynadan tonlarla gətizdirdiyimizə görə ucuzdur”.

K.Bilalov deyir ki, evdə məlum oldu ki, yağ marqarindir.

Facebook səhifəsinə nəzər salanda “Oba” merketlər şəbəsinin Kamil Bilalova heç bir cavab vermədiyi görünür. Sakin eyni hadisə ilə Hövsanda, Nərimanov rayonunda yerləşən “Oba” marketində qarşlaşdığını bildirir.

Son vaxtlar \”Oba\” marketlər şəbəkəsindən narazı sakinlərin sayı arıtb. Belə ki, alıcılar qeyd edirlər ki, məhsulların çoxu ya xarab çıxır, ya dadsız olur, ya da vaxtı keçmiş olur.

"Oba"Marketlər Şəbəkəsi alıcıları zəhərləyir

“Biz brend mallar sifariş vermirik. Sadəcə olaraq istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldirik. Mərkəzləşdirilmiş anbar və logistika mərkəzləri sayəsində məhsulların mağazalara çatdırılmasını özümüz həyata keçiririk. Bununla da satışda olan məhsullar əlavə distribüter xərclərindən azad olur”, – deyə E.Babayev qeyd edib.

E.Babayev müştəriləridən xahiş edib ki, OBA marketdə satılan məhsullarla bağlı hər hansı şikayət və təklifləri olarsa facebook və Instagram səhifəmizə yaza və ya 012924 qaynar xəttinə zəng edib bizi məlumatlandıra bilərlər.

İnterpress.az