Prezident türkiyəli naziri qəbul etdibackend

Prezident türkiyəli naziri qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd edib, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirdi. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlətimizin başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirdi ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərib. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu deyib.

Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğuladı və bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Əhməd Arslan Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirib. Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

İnterpress.az