Saakaşvilinin həbsi Kiyevə nə vəd edir: ABŞ-dan gözləntibackend

Saakaşvilinin həbsi Kiyevə nə vəd edir: ABŞ-dan gözlənti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Axar.az-a Mixail Saakaşvilinin həbsinin Ukraynadakı siyasi proseslərə təsiri və ABŞ-ın olaya reaksiyasının necə olacağı ilə bağlı açıqlama verən politoloq İlqar Vəlizadə deyib. Olayı isti-isti şərh edən ekspert ilk növbədə Saakaşvilinin həbsinin Ukraynada seçiqabağı ərəfəyə təsadüf etməsi ilə bağlı bəzi məqamlara işıq salıb:

“Düzdür, Ukrayanda prezident seçkisi 2019-cu ildə olacaq, ancaq seçkiqabağı il hazırda Ukrayna siyasəti üçün çox mühüm əhəmiyyətə malikdir. Müxtəlif qruplar və siyasi dairələr artıq iş başındadır və seçkilərə hazırlıqlar gedir. Hakimiyyətə müxalif olan qüvvələrin hazırlıqları göstərir ki, əsas hədəf mövcud iqtidarı devirmək, yaxud da ondan azad olmaqdır. Əslində, iqtidar da bunu çox gözəl başa düşür. Bu fonda Mixail Saakaşvili müxalif qüvvələr üçün əlverişli vasitədir. Ukrayna iqtidarı isə bu mövzunu gündəmdə saxlamaqla və Saakaşviliyə qarşı siyasət aparmağa imkanlar yaratmaqla sanki öz sonunu yaxınlaşdırır. Görünür, vəziyyətin qəlizliyini anlayan iqtidar Saakaşvili ilə bağlı qəti tədbirlər həyata keçirməyi qərar almaqla prosesləri bir qədər önləməyə çalışır. Əslində, Mixail Saakaşvilinin həbsi Ukraynada iqtidarı devirməyə çalışan digər siyasi qüvvələrə mesajdır. Yəni kimsə vaxtından əvvəl hakimiyyəti devirməklə bağlı hansısa əməli işlər görmək istəyərsə, buna göz yumulmayacaq və onlar Saakaşvilinin taleyi ilə üzləşəcəklər”.

Hadisəyə ABŞ-ın verəcəyi reaksiyaya gəlincə, politoloqun fikrincə, ABŞ Saakaşvilinin həbsi məsələsi üzərində çox dayanmayacaq:

“Əslində, rəsmi Vaşinqton və Kiyev ABŞ-Ukrayna münasibətlərinin gərginləşməsində maraqlı deyillər. Ona görə də hesab edirəm ki, hər iki tərəf məsələ ilə bağlı ayrıca müzakirələr aparacaqlar. Çox güman ki, ABŞ rəsmiləri məsələ ilə bağlı öz narahatlıqlarını ifadə edəcəklər. Tərəflərin daha çox problemin diplomatik müstəvidə həllinə çalışacaqlarını düşünürəm, nəinki real siyasi revanşlar götürəcəklərini”.

Qeyd edək ki, az öncə Saakaşvili Kiyevdə həbs edilib. O, dövlət çevrilişinə cəhddə və cinayətkar dəstələrlə əlaqədə ittiham olunur. Hazırda Saakaşvili tərəfdarları hüquq-mühafizə orqanı əməkdaşlarını mühasirəyə alaraq, onun aparılmasına imkan vermir.

Ukrayna Ali Radasında olayla bağlı müzakirələr aparılır.

İnterpress.az