Azərbaycan və İran sərhəd məsələlərini müzakirə edibbackend

Azərbaycan və İran sərhəd məsələlərini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, görüşlər zamanı dövlət sərhədində, dövlət sərhədindən bu­ra­­xılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Sər­həd təhlükəsizliyinə təhdidlərə, o cüm­lədən beynəlxalq terror­çuluğa, narkotik vasitələrin qanunsuz dövriyyə­sinə, qaçaqmalçılığa, qeyri-le­qal miqrasiyaya və digər transsərhəd cinayət­lərə qarşı birgə müba­rizənin aparılmasının vacibliyi qeyd edilib.

“Ermənistan tərəfindən 20% torpaqlarının işğalı nəticə­sində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə çat­dırılıb”, Mətbuat Mərkəzinin məlumatında deyilir.

Tərəflər eyni zamanda “Şimal-Cənub” nəqliyyat dəhli­zinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliy­yətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prose­durlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin güc­lən­dirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədəuyğunluğu qeyd olunub.

Əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhə­dindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.

İnterpress.az