“Saakaşvilinin hərəkəti siyasi intihardır” – Politoloqbackend

“Saakaşvilinin hərəkəti siyasi intihardır” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, politoloq Şahin Cəfərli Saakaşvilinin son hərəkətini şərh edərək, sosial şəbəkədə status paylaşıb. Həmin statusu təqdim edirik:

\”Saakaşvilinin \”sərhəd əməliyyatı\” ilə Ukraynaya qayıtdıqdan sonrakı fəaliyyəti siyasi intihar idi.

Demokratik seçkilərin keçirildiyi bir ölkədə \”impiçment\” tələbi ilə küçə aksiyalarına başlamaq rasional deyildi, üstəlik o ölkədə ki, Rusiya kimi \”div\”lə müharibə aparır və daxili sabitliyin həyati əhəmiyyəti var. Bu, istəmədən də olsa, Rusiyanın əlinə oynamaq demək idi.

Məhz bu səbəblə ukraynalılar ölkədəki vəziyyətdən narazı olmalarına baxmayaraq, \”Mixo Maydan\”a dəstək vermədilər, digər müxalif qüvvələr də aksiyalara qoşulmadılar.

2019-cu ildə Ukraynada prezident və parlament seçkiləri keçiriləcək. Saakaşvili səbrlə partiyasını təşkilatlandırıb, gücləndirərək və gənc nəsli öz tərəfinə çəkərək seçkilərdə nəticə əldə edə bilərdi. Amma bu yolu seçmədi\”.

İnterpress.az