Zakir Həsənov generalla görüşdübackend

Zakir Həsənov generalla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

İnterpress.az