Arıqladan, immuniteti gücləndirən – Əzgilbackend

Arıqladan, immuniteti gücləndirən – Əzgil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əzgil bəzilərinin sərt, bəzilərinin tam yetişmiş və yumşaq halda sevdiyi bir meyvədir. Oktyabrın axırı, noyabrın əvvəli yetişən əzgilin şəfasından qış aylarında faydalana bilərsiniz. Ancaq onu da nəzərə alın ki, çox faydası bilinən bu meyvə tam yetişməmiş, yaşıl halda yeyilməməlidir. Hətta aldıqdan sonra bir müddət evdə saxlayıb yetişməsini və yumşalmasını gözləyin.

Kalsium, dəmir, fosfor, potasium və askorbin turşusu ilə zəngin olan əzgil insan orqanizminə çox faydalıdır. Sərinlədici təsiri ilə bədənə fərəhlik verir. Antioksidan təsiri sayəsində zərərli toksinləri yox edir. Əzgil yarpağı immuniteti gücləndirir, bədənə güc verir. Şəkər xəstəsi olanlar da bu meyvədən yeyə bilər. Onu da qeyd edək ki, əzgil yarpaqları qaraciyərə də faydalıdır. Qaraciyəri zərərli maddələrdən qoruyur. Sakitləşdirici təsir verir, dəri xərçənginin qarşısını alır. Depressiyaya da faydalıdır. Qusma, ürək bulanmanın qarşısını alır.

Hamilələr də bol yeməlidir

Mütəxəssislər hamilə qadınların da əzgildən bol-bol yemələrini məsləhət görür. Bu faydalı meyvə uşaq düşmə riskini azaldır, bel ağrılarına da çox yaxşı təsir edir. Ancaq yüksək təzyiq xəstələrinin çox yeməməyi tövsiyə edilir.

Arıqlamağa da faydalıdır

Arıqladan, immuniteti gücləndirən - Əzgil

Bağırsaq hərəkətlərini artıraraq arıqlamağa əngəl olan ünsürləri ortadan qaldırır. Buna görə arıqlamaq istəyənlər üçün əzgil çayı da məsləhətdir.

Əzgil çayı resepti:

Bir litr suyun içinə incə doğranmış bir ovuc əzgili töküb qaynadın. Süzdükdən sonra bal ilə dadlandıraraq gündə üç dəfə bir stəkan için.

Arıqladan, immuniteti gücləndirən - Əzgil

İnterpress.az