Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ

Uzun və məhsuldar həyat - 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi.
Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb.

Dərc edilib: 7 dekabr 2017 [11:46]
Baxış sayı: 35

Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda - maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.

Professor Uqlovun qaydaları:
- yüksək fiziki və əqli aktivlik;
- əmək və istirahət rejiminə ciddi riayət olunma;
- möhkəmləndirmə (bədənin soyuq su ilə yuyulması);
- sutkada 7-8 saatdan az olmayan yuxu;
- spirtli içkilərlə siqaretdən tam imtina olunma;
- qidada məhdudiyyət.

Professorun qidalanma prinsipləri:
Professor yumurta, yavan ət, balıq, tərəvəz, meyvə, kəsmik və digər süd məhsullarını, həmçinin məhdudiyyətsiz maye qəbulunu sağlam qida hesab edir. Ağ çörəkdən və şirniyyat məmulatlarından tamamilə imtina olunmasını, yalnız qara çörəyin az miqdarda - sutkada 150 qramdan çox olmamaq şərtilə qəbulunu tövsiyə edir. Həmçinin hisdə qurudulmuş və duzlu məhsullardan da imtina edilməlidir. O, qidanın kiçik porsiyalarla - gün ərzində 4 dəfədən artıq olmayaraq qəbulunu müvafiq hesab edir.

Professor Uqlovun pəhrizi:
Özü tərtib etdiyi pəhrizi "Şərq pəhrizi" adlandırırdı. Bu pəhrizə riayət etməklə, çəkini 3-5 kiloqrama qədər azaltmaq mümkündür, həmçinin bu pəhriz orqanizmin təmizlənməsi üçün də son dərəcə əlverişlidir. Sözügedən pəhriz münasib şəkildə tənzimləşdirilmiş, asanlıqla qatlaşılan və kalorilərin hesablanmasını tələb etməyən bir pəhrizdir. Qida qəbulu saatlarının müəyyən olunması daha məntiqli olardı, lakin istənilən qrafikə uyğunlaşdırmaq da olar.

Həkim Uqlovun gündəlik pəhriz rasionu:
9:00 - qara çay və ya 1 çay qaşığı şəkər əlavə olunmuş natural qəhvə.
11:00 - 1 ədəd bişmiş yumurta, 8 ədəd suda isladılmış qara gavalı qurusu.
14:00 - 200 qram yağsız bişmiş ət (toyuq, mal, yavan donuz əti), 100 qram təzə və ya bişmiş kələm, yaxud da kök, 1 ədəd portağal.
17:00 - 30 qram bərk, yağsız pendir, portağal və ya alma.
20:00 - 250 milliqram kefir, qatıq, tərkibində əlavələr olmayan natural yoqurt.

Yemək süfrəsindən tam doymamış, bir qədər ac vəziyyətdə ayrılın. Qida sadə və natural olmalıdır. Yeməkdən sonra nə istirahət edin, nə də yatın. Axırıncı qida qəbulu yatmazdan bir neçə saat əvvəl olmalıdır. Vaxtaşırı heyvan mənşəli məhsullardan imtina etmək də faydalıdır. Daim hərəkətdə olun! (publika.az)

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 477