8 yaşlı azərbaycanlı idmançının fantastik uğuru: 5 aya dünya ikincisi oldubackend

8 yaşlı azərbaycanlı idmançının fantastik uğuru: 5 aya dünya ikincisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 8 yaşlı Rafael karate ilə 5 ay əvvəl məşğul olmağa başlayıb. Onun qısa müddətdə belə bir nəticəsi hamını heyrətləndirib.

Bakı birinciliyini, Sumqayıt çempionu olduqdan sonra Rafaelin məşqçisi Əli Rəcəbov atasına oğlunun dünya kubokunda iştirak etməsini məsləhət görür.

Filmlərdə olduğu kimi Rafaelin 5 ay karateyə getməsinə baxmayaraq dünya kubokuna qatılaraq ikinci yerə sahib olur. Gənc Rafaelin kumiri isə beşqat dünya və 10 dəfə Avropa çempionu olan idmançımız Rafael Ağayevdir.

8 yaşlı Rafaelin növbəti sınağı dekabrın 13-də İstanbulda baş tutacaq. Karateçimiz İstanbul Açıq Çempionatında iştirak edəcək.

8 yaşlı azərbaycanlı idmançının fantastik uğuru: 5 aya dünya ikincisi oldu

Qeydm edək ki, turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançı mübarizə aparıb. (BAKU.WS)

İnterpress.az