Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Trampın impiçmenti məsələsi Konqresdə iflasa uğradı

ABŞ Konqresinin Nümayəndələr Palatası böyük səs çoxluğu ilə prezident Donald Trampın impiçmenti ilə bağlı qətnaməni rədd edib.

Dərc edilib: 7 dekabr 2017 [14:28]
Baxış sayı: 51

İnterpress.az istinadla xəbər verir ki, sənədi 58 nəfər dəstəkləyib, 364 nəfər qarşı çıxıb. Qətnamə demokrat Elom Qrim tərəfindən təqdim olunmuşdu. O, təklifini belə əsaslandırıb ki, Trampın prezidentliyi cəmiyyətdə irqçiliyin və nifrətin artmasına gətirin çıxarıb, həmçinin dövlət başçısı təsisatını zədələyib.

Sənədə qarı nəinki respublikaçılar, demokratların da ciddi hissəsi səs verib. Demokratlar fraksiyasının lideri Nenesi Pelosi deyib ki, indi impiçmentə baxmağın vaxtı deyil.

Qeyd edək ki, impiçment üçün Nümayəndələr Palatasının səslərinin 2/3-dən çoxu alınmalıdır.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 478