Britaniya mətbuatı: “Trump 1, 5 milyard müsəlmana qarşı müharibə elan edir”backend

Britaniya mətbuatı: “Trump 1, 5 milyard müsəlmana qarşı müharibə elan edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, ABŞ prezidentini tez bir zamanda fikrini dəyişməyə çağırıb.
Bu arada prezident Recep Tayyip Erdoğanın sözüçü bildirib ki, ABŞ \”regionu və dünyanı sonu görünməyən od-alova atır\”.
Cənab Trump-ın Qüdsü İsrailin paytaxtı elan etmək və ABŞ səfirliyini Tel Əvivdən müsəlmanların Qüds adlandırdıqları bu şəhərə köçürmək qərarı bir çox başqa dünya liderləri tərəfindən də kəskin pislənib.
Hətta Roma papası da bu hərəkəti pisləyərək status kvo-nun saxlanmasına və BMT qətnamələrinə əməl olunmasına \”çox güclü çağırış\” edib.
Papa Francis deyib: \”Mən bu vəziyyət barədə dərin narahatlığımı gizlədə bilmirəm\”.
O, cənab Trump-ı \”Müqəddəs torpaqda bütün insanların haqqını tanımağa\” və \”dialoqu davam etdirməyə\” çağırıb.
Roma papası ümid etdiyini bildirib ki, \”onsuz da qəddar münaqişələrlə dolu dünyaya yeni gərginlik gətirilməməsi üçün müdriklik və sağlam düşüncə üstün gələcək\”.
Buna baxmayaraq, cənab Trump Ərəb dünyasının çağırışlarını rədd edərək ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə qərar verib.
Ağ Evdə çıxış edən prezident deyib ki, onun bu qərarı \”reallığın etirafından başqa bir şey deyildir və görülməsi vacib olan düzgün işdir\”.
O, Dövlət Departamentinə Yerusəlimdə yeni ABŞ səfirliyi üçün yer seçilməsini tapşırıb. Trump-ın bu tədbiri 6 ay ləngidən sərəncam imzalamasına baxmayaraq, səfirliyiun köçürülməsinə illərlə vaxt lazım gələ bilər.
Bununla yanaşı, Donald Trump deyib ki, o, fələstinlilərlə israillilər arasında hər iki tərəfə sərfəli sülh razılaşmasının imzalanması üçün əlindən gələni əsirgəməyəcək.
Qüds həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar üçün müqəddəs şəhər sayılır.
Yaxın Şərqdə 1967-ci il müharibəsindən sonra İsrail Qüdsü öz paytaxtı elan edib. Lakin bu iddia dünya birliyi və fələstinlilər tərəfindən tanınmayıb.
Fələstinlilər iddia edirlər ki, Qüds onların gələcək ölkələrinin paytaxtı olmalıdır.
Fələstinin Britaniyadakı baş nümayəndəsi Manuel Həssasian hələ bu qərar elan edilməzdən əvvəl Trump-ı kəskin tənqid etmişdi.
O, BBC televiziyasına demişdi ki, Qüdsin İsrailin paytaxtı elan edilməsi \”iki dövlət həllinə ölüm hökmü olacaq\”.
\”O, Yaxın Şərqdə müharibə elan edir, 1, 5 milyard müsəlmana və müqəddəs ocaqların tamamilə İsrailin nəzarətinə keçməsini qəbul etməyən yüz milyonlarla xristiana müharibə elan edir\” -Fələstin nümayəndəsi demişdi.
İranın ali rəhbəri Əli Xameneyi Trump-ın bu addımını \”səriştəsizlik və iflas\” adlandırıb.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə Trump-ın qərarını \”qanunsuz hərəkət\” kimi qiymətləndirib.
Nazir CNBC telekanalına deyib: \”İsrail müsəlman ölkələri ilə münasibətlərini normallaşdırmağa çalışır. Bu addım onun bu niyyətinə xidmət etməyəcək\”.
Nazir xəbərdarlıq edib ki, Trump-ın qərarı Türkiyə və İsrail arasındakı münasibətlərin qırılmasına səbəb ola bilər.
\”Biz ABŞ-ı xəbərdar edirik ki, bu addım BMT qətnamələrinə, beynəlxalq qanun və sazişlərə ziddir\” -Türkiyə naziri deyib. (bbc)

İnterpress.az