Sumqayıtda dəhşətli qəza – Ölənlərin adlarıbackend

Sumqayıtda dəhşətli qəza – Ölənlərin adları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Lent.az-ın məlumatına görə isə, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində \”KamAZ\” markalı yük maşınına çırpılan \”Mercedes\”də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır

İnterpress.az