Tanınmış aktyoru xanımı ilə birgə oteldə döydülərbackend

Tanınmış aktyoru xanımı ilə birgə oteldə döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aktyor Hakan Yılmaz və həyat yoldaşı Elif Yılmaz otellərin birində döyülüblər. Belə ki, aktyor öncə dostları ilə doğum gününü qeyd edib, daha sonra həyat yoldaşı ilə otelə üz tutub. Burada 3 nəfər onlara hücum çəkib və vurmağa başlayıb. Otel işçilərinin yardımı ilə cütlük xilas edilib. Başından sərt cisimlə vurulan Elif və müxtəlif bədən xəsarətləri alan aktyor xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslərin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. İnsidentin başvermə səbəbləri araşdırılır. (yenicag.az)

İnterpress.az