UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRARbackend

UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib. Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, AÇ 2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində olacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları 12 şəhərdə keçiriləcək. Şəhərlərin siyahısına paytaxt Bakı da daxildir.

İnterpress.az