“Narıncı” marketin satdığı istifadə müddəti keçmiş məhsul azyaşlını zəhərlədibackend

“Narıncı” marketin satdığı istifadə müddəti keçmiş məhsul azyaşlını zəhərlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xeber.News -a istinadən xəbər verir ki, Xırdalan rayon, Quşçuluq massivində məskunlaşan sakin həmin marketdən yoqurt alıb və 1 yaş 5 aylıq uşağına verib, çox keçməyibi ki, gecə saatlarında uşağın vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım xidmətinin dərhal müdaxiləsi ilə uşağın mədəsi yuyulsa da, uşağın səhhəti düzəlsə də sözügedən marekt istifadə müddəti bitmiş məhsulun satışını davam etdirir.

Bununla bağlı bizə müraciət edən sakin qeyd edir ki, hazırda da həmin marketdə istifadə müddəti bitmiş yoqurtlar satılır: \”Əvvəl uşağın nədən zəhərləndiyini bilmədik. Sonra düşündük ki, uşaq yalnız yoqurtdan zəhərlənə bilər. Həmin ərəfədə yoqurtun qabını atdığım üçün istifadə müddətinə baxa bilməmişdim. Bir neçə gün sonra yenidən yoqurt aldım və məhsulun istifadə müddətinin keçdiyinin şahidi oldum. Marketə yaxınlaşıb 3 ədəd yoqurtun istifadə müddəti keçdiyini bildirsəm də mənə qarşı hörmətsizcəsinə davrandılar. Üzr istəmək yerinə mənə təzə məhsul verdilər. O birisilərin istifadə müddəti isə 23 npyabrda bitmişdi\”.
Məsələ ilə bağlı Xeber.News-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun qanunsuz olduğunu və market rəhbərliyinin məsuliyyət daşıdığını bildirdi: \”Gün ərzində bu tip müraciətlərdən bizə saysız-hesabsız müraciətlər gəlir. Şirkətlər məhsulun keyfiyyətinə deyil yalnız gəlir əldə etmək məqsədi güddüyü üçün belə hallar yaşanır. Burada istehlakçıların hüquqları kobud şəkildə pozulur. Marketlər istifadə müddəti bitmiş məhsulları satışdan çıxarmalı və onu istehlakçılara satmamalıdır. Bununla yanaşı marketlər normal saxlama şəraitinə riayət etməli və istehlakçıya nəzakətli davranmalıdır.

Sözügedən istehlakçı İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, eləcə də Azad İstehlakçılar Birliyinə müraciət edə haqqlarını tələb edə bilərlər\”.

Bununla bağlı Xırdalanın Quşçular massivində yerləşən \”Narıncı\” marketlə əlaqə saxlamağa çalışsaq da şirkətin əlaqə vasitələrində qeyd edilən nömrəyə cavab verən şəxsin marketlə heç bir əlaqəsi olmadığını və onun nömrəsini sayta yerləşdirənlərdən şikayətçi olduğunu bildirdi.

Məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az