“Binə”də ara qarışdı: Kəbirəni vurub yerə yıxdılarbackend

“Binə”də ara qarışdı: Kəbirəni vurub yerə yıxdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.

Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla “Binə” sahibinə ödəyirlər. Yada salaq ki, Vergilər Nazirliyinin “Binə” ticarət mərkəzi ilə olan problemi hələ də həll olunmayıb.

Satıcıların iddialarına görə, bazarın rəhbəri, sahibkar Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

Hətta bir müddət əvvəl keçmiş vergi naziri Fazil Məmmədovun Kəbirə Məmmədova haqqında vergi cinayətinin açılması ilə bağlı göstəriş verdiyi xəbəri yayılmışdı.

İnterpress.az