Putin təqvimini alan varmı?backend

Putin təqvimini alan varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reality Check-in rəyi: Biz Britaniyada Putin təqvimi satılan heç bir dükana rast gələ bilmədik, internet vasitəsilə satışlar isə məhduddur.

Rusiyada bəzi xəbər agentlikləri iddia edir ki, Vladimir Putinin şəkilləri yerləşdirilmiş 2018-ci ilin təqvimi Britaniyada satışa çıxarıldıqdan sonra \”cəmi bir neçə saat ərzində satılıb\”.

Rusiyanın İzvestia nəşri iddia edib ki, Vladimir Putin təqvimləri Britaniyada \”gözlənilmədən populyarlıq\” qazanıb .

Vladimir Putin və onun zooparkı
Putin və boz canavar
Putin buz üstünə geri dönüb

\”Təqvim artıq qalmayıb. Onların hamısı cəmi bir neçə saat ərzində satılıb\”, – qəzetdə bildirilib.

Kremlpərəst Riafan.ru nəşrində isə deyilir ki, təqvim \”yerli sakinllər arasında böyük canlanmaya səbəb olub\”.

Putin təqvimini alan varmı?

Moskvanın TV5 televiziya kanalı bildirib ki, təqvim \”Böyük Britaniyada isti pirojki kimi satılır və alıcılar arasında dərhal populyarlıq qazanıb\”, lakin bildirib ki, yalnız onlayn yolla təqvimi alanlar onu bestseller adlanıdırıb.
Görəsən, britaniyalı alıcılar doğrudanmı ova çıxan, tüfəngdən atan və cudoçu kimi güləşən Rusiya liderinin şəkilləri ilə bəzədilmiş təqvimi almağa tələsir? Yoxsa bir rusiyalı bloqçunun dediyi kimi, bu, \”saxta xəbərdir\”?

Sirr deyil ki, Vladimir Putinin təqvimi ilə bağlı mövzu ötən ay Britaniya mediasında, misal üçün The Sun, Daily Mirror və Daily Mail kimi nəşrlərdə işıqlandırılıb.
Lakin həmin məqalələrdə təqvimin tərifləndiyini iddia etmək mətləbin təhrif edilməsi demək olardı.

Misal üçün, Daily Star nəşrinə Putinin fotosessiyası \”gülməli\” gəlib.

Putin təqvimini alan varmı?

Britaniya mətbuatında heç bir nəşr, təqvimin necə satıldığı barədə mülahizə irəli sürməyib.

Britaniyanın 10 aparıcı təqvim satan şirkətlərindən heç biri Putin təqvimini satdığını bildirməyib.

Putin təqvimini alan varmı?

Lakin internetdə eBay-dən tutmuş Amazon-a qədər, Britaniyada mənzillənməyən onlayn şirkətlərdən həmin təqvimi almaq mümkündür.
Təqvimin qiyməti, müştəriyə çatdırma xərci də daxil, £8-£72 (18 manat – 162 manat) civarında dəyişir.
Ən iri satıcı Rusiyanın Voronej şəhərində yerləşir.
Ümumilikdə, hələlik, təxminən bir neçə yüz təqvim nüsxəsi satılıb, və onların hamısının Britaniyadakı alıcılara satıldığı barədə məlumatımız yoxdur.
Misal üçün, Britaniyadakı Calendar Club şirkəti bu il dörd milyonadək təqvim satacağına ümid edir.

Putin təqvimini alan varmı?

Rusiyada bu təqvimlə bağlı məlumatların əksəriyyətində 360TV xəbər saytına istinad edilir.
\”Britaniyalılar Putinin ova çıxdığı şəkilləri olan təqvim alır\” başlıqlı xəbərdə Daily Mirror nəşrindən sitatlar gətirildiyi iddia olunur.
Lakin Daily Mirror-un məqaləsində həmin xəbərdə qeyd olunmuş bəyanatlar yoxdur, yalnız qeyd olunub ki, eBay vasitəsilə satılan təqvimin tirajı 6000 nüsxə ilə məhdudlaşır.
Rusiyalı jurnalist Alexey Kovalyov öz bloqunda Daily Mirror-da deyilənlrin Rusiya mediası tərəfindən şişirdilməsi və saxtalaşadırılmasına ilk fikir verənlərdən olub.
\”Bu dərəcədə aşkar saxtakarlıqla bağlı nəsə edilməlidir\”, – jurnalist öz Twitter səhifəsində yazıb.
\”Kremlpərəst \”vatnik\” medialar uydurmalar yazır. Guya, təqvimi almaq üçün alıcıların növbələrə düzülməsi, təqvimin alıcı tərəfindən rəflərdən süpürülməsi – bütün bunlar barədə orijinal məqalədə bircə söz belə yazılmayıb\”, – Kovalyov qeyd edib.
Təqvim Sankt-Peterburq şəhərindəki nəşriyatda çapdan çıxıb.
Təqvimin çapına rəsmi dairələr tərəfindən icazə və ya dəstəyin verilməsi məlum deyil.
Təqvimdəki bəzi şəkillər azı 10 il bundan əvvəl çəkilib.

İnterpress.az