İsrail Fələstin sərhədində toqquşmabackend

İsrail Fələstin sərhədində toqquşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fələstin və İsrailin sərhədində başlayan qarşıdurmalar (Fələstinin paytaxtı) Ramallah və İsrail ərazisi olan Beit El-i əhatə edir. İsrail ordusu qaz və səs-küylü bombalardan istifadə edib.

Etirazçılar atəş açıblar, bir qrup yeniyetmə yolu bağlamaq üçün böyük bir zibil qabı gətiriblər. Etirazçıları İsrail tərəfdən zirehli maşınlarla gələn əsgərlər qarşılayıb. Belə ki, onlar nümayişçilərə qaz və səsli bomba atıblar. Qaz bombasından biri jurnalistlərin olduğu qurupun üzərinə düşüb. Onlar arasında rusiyalı da var.

Eyni zamanda Ramallahın mərkəzində, Əl-Manar meydanında \”Cabhat Şabi\” partiyasının 52 illik yubileyinə həsr olunmuş mitinq keçirilir. Gözlənildiyi kimi, mitinqdən sonra onun aktivistləri də Beit El qəsəbəsinə gələcəklər. Onlar Yerusəlim ətrafında vəziyyətdən narazı olanlara qoşulacaqlar.

İnterpress.az