Bakıda kişi arvadını döydü, sonra da…backend

Bakıda kişi arvadını döydü, sonra da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleqraf.com xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən 2 saylı “Zeytun sovxozu” adlanan ərazidə yaşayan 1992-ci il təvəllüdlü Xanım Ağakişiyevanı əri bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Xanım Ağakişiyeva hadisədən əvvəl həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman Xanım Ağakişiyevanı əri möhkəm döyüb. Ərinin əlindən çıxaraq qaçmaq istəyən qadın kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az