Formula 1 Azərbaycan Qran-Prisini izləməyə gələnlərin sayı 58 faiz artıbbackend

Formula 1 Azərbaycan Qran-Prisini izləməyə gələnlərin sayı 58 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə turnirin \”F1i\” rəsmi saytına yerləşdirilən məlumatda bildirilir.

Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.

60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.

Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər.

Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub.

Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.

İnterpress.az