Prezident Erdoğan Qüds və İsrail barədə: “Çiy süd içmədik ki, qarnımız ağrısın”backend

Prezident Erdoğan Qüds və İsrail barədə: “Çiy süd içmədik ki, qarnımız ağrısın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Yeni Qapalı İdman Salonunda söylədiyi nitqdə ABŞ Prezidenti Donald Trump-ın Qüds qərarının yox hökmündə olduğunu deyən Prezident Erdoğan \”İsrail terror dövlətidir\” – deyib.

Çərşənbə günü Qüds gündəmi ilə İstanbulda görüşəcək İslam Əməkdaşlıq Təşkilatının Liderlər Zirvəsindən danışan Erdoğan, \”Burada müəyyən edəcəyimiz yol xəritəsi ilə qərarın həyata keçirilməsinin heç də elə asan olmayacağını göstərəcəyik\” deyib.
Erdoğan sözlərinə belə davam edib:
\”Trump-ın açıqlaması bizim üçün əslində bir yox hökmündədir. Bunun bir qiyməti yoxdur. Oranı paytaxt elan etməyinizin, səfirliyinizi oraya köçürməyiniz bizim üçün bir hökmü yoxdur\”.
Erdoğan, bazar ertəsi görücəyi Rusiya Prezidenti Vladimir Putinlə də Qüds məsələsinin müzakirə olunacağını açıqlayıb.

\”Çiy süd içmədik ki, qarnımız ağrısın\”

Erdoğan bildirib ki, yəhudilər məcburi köçkün vəziyyətinə düşəndə həm Osmanlı Dövləti, həm də Türkiyə onlara qucaq açıb:
\”Anadolu əsrlərdir zülm görən hər kəs üçün bir təhlükəsizlik yurdu olmuşdur. Bu torpaqlar adına və şəninə yaraşan şəkildə yeganə sığınacaqdır.
Bu torpaqların tarixində, ey İsrail, heç vaxt holokost yoxdur, soyqırım yoxdur.
Bu millətin tarixində etnik təmizləmə, soyqırım yoxdur, bu dövlətin tarixində işğal yoxdur.
Çiy süd içmədik ki, qarnımız ağrısın. Əcdadımız bizə necə hələ də xeyirlə yad edilən bir miras qoyubsa, bizim də övladlarımıza belə bir miras qoymağımız lazımdır\”.

\”İsrail terror dövlətidir\”

Çıxışı zamanı İsrailin illər ərzində torpaqlarını genişləndirməsini xəritələrlə göstərən Erdoğan, \”1947-67 arasında Fələstin kiçilməyə başladı.
1967-ci ildə İsrail daha da böyüdü. Gəlirik, bu günə. Mövcud vəziyyət. Hazırda İsrail nə oldu, bu gün və Fələstin nə oldu? Fələstin məzlum, şikəstdir.
İsrail tam işğal dövlətidir. İsrail indiyədək dünyada alınan heç bir qərarı tanımayıb. İsrail terror dövlətidir, terror.
14 yaşlı uşağı, gözləri bağlı olaraq, bu terrorçular, baxın nə halda sürükləyirlər\” ifadələrindən istifadə edib.

İnterpress.az