Qiyməti təsdiqlənmiş dərmanların siyahısı yayılıbbackend

Qiyməti təsdiqlənmiş dərmanların siyahısı yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi hesabata görə, Səhiyyə Nazirliyi 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələrini dövlət qeydiyyatına alıb. Dərman vasitələrinin idxalını 50-dən çox idxalçı həyata keçirir.
İnterpress.az bildirir ki, Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir. Onun üzvləri maliyyə; vergilər; ədliyyə; energetika; nəqliyyat, rabitə və yüksək texnologiyalar; kənd təsərrüfat; səhiyyə; təhsil; əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri sədrlərinin müavinləridir.

Tarif Şurası 2015-ci ildən başlayaraq dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini təsdiqləyir. “Dərman vasitələri haqqında” qanuna əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

İnterpress.az