Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu- 18 il 2 aybackend

Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu- 18 il 2 ay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbala oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən E.Ağayev 18 il 2 ay azadlıqdan məhrum edilib.

Hadisə bu il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

İnterpress.az