“Fikirimcə, uşağın psixi problemləri olub” – Deputatdan açıqlamabackend

“Fikirimcə, uşağın psixi problemləri olub” – Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisdə Ağdaş rayonunu təmsil edən deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, həmin yeniyetmə normal qaydada məktəbə gedib, təhsil alıb: “Deyilənə görə, dərslərini də yaxşı oxuyub. O, eyni zamanda dini təhsil də alırmış. Bununla bağlı məktubunda da qeydlər var. Fikirimcə, uşağın psixi problemləri olub”.

Qeyd edək ki, ötən həftə 2005-ci il təvəllüdlü İsmayıl Çingiz oğlu Adıgözəlov yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun məktubu tapılıb. O, məktubunda peyğəmbərin yanına getdiyini yazıb.

İnterpress.az