“2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır”backend

“2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bu gün \”Rossiya Seqodnya\” agentliyində keçirilən Moskva-Vyana telekörpüsündə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

\”Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayırıq. Bu məsələ ilə bağlı olduqca intensiv işlər görülüb. Vyanada keçirilən ATƏT XİN başçılarının Şurasının toplantısında Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ayrıca görüşü keçirilib. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü hamımızı ümidləndirdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini intensivləşdirməyə razılaşmışıq”, – deyə o vurğulayıb.

Diplomat yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənildiyi də xatırlayıb: “Biz bu tendensiyanı dəstəkləyirik. Həmsədrlər və ATƏT sədrinin şəxsi köməkçisi Kaspşik hər cür dəstəyə layiqdir\”, – deyə rusiyalı diplomat qeyd edib.

Lukaşeviç danışıqlar prosesini hərtərəfli dəstəklədiklərini söyləyib: \”Tərəflər arasındakı ziddiyyət nazirlərin ATƏT-in fəaliyyətinin aspektləri ilə bağlı müəyyən razılığa gəlməsinə mane olurdu. Təəssüflənirik, bu faktdır. Belə vəziyyət iqtisadi səbət üzrə daha geniş qərarlara çıxmağa imkan vermir. Lakin bu ilin tendensiyası ümidvericidir. Rusiya Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı danışıqlar prosesinə, Bakı və İrəvandakı dostlarımıza qarşılıqlı məqbul olan həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır\”. (apa)

İnterpress.az