İranda güclü zəlzələ baş veribbackend

İranda güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yeraltı təkanlar İranın qərbində qeydə alınıb. Zəlzələnin episentri bölgənin Ezgele qəsəbəsində yerləşir. Yeraltı təkanlar 6 bal gücündə qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Bildirilir ki, zəlzələ Türkiyə və Küveytdə də hiss edilib.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bu zaman 500-dən çox insan ölüb, 12 mindən çox insan xəsarət alıb.

İnterpress.az