Tramp:“Ailə miqrasiyasını dayandırmaq lazımdır”backend

Tramp:“Ailə miqrasiyasını dayandırmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı vasitəsi ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, bəyanatda deyilir.

Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.

İnterpress.az