“Azərbaycanın bugünkü müstəqilliyi Heydər Əliyevin siyasəti sayəsində mümkün olub”backend

“Azərbaycanın bugünkü müstəqilliyi Heydər Əliyevin siyasəti sayəsində mümkün olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi sözlə ifadə etmək olduqca çətindir:

“Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu”.

Deputat vurğulayb ki, məhz ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkə bütün sahələrdə inkişaf yoluna qədəm qoydu: “Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın bugünki müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub: “Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutmuş, qüdrətli, güclü bir dövlətə çevrilib və bu gün hər bir azərbaycanlı həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Bu qürurun da əsasını qoyan ulu öndər Heydər Əliyevdir. Bu gün də ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sürətlə inkiaf edir. Heydər Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişafına və qüdrətlənməsinə xidmət edir”.

İnterpress.az