23 dekabrda dünya kosmosdan gələn virusla dağılacaqbackend

23 dekabrda dünya kosmosdan gələn virusla dağılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minilliyin başlanğıcı olan 2000-dən bu yana hər il bir fəlakət ssenarisi uydurulur. Bu dəfə “Science” jurnalı 23 dekabr tarixində dünyanın sonunun gələcəyini yazıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın sonunun 23 dekabrda olacağını hindistanlı elm adamları və astronomlar iddia ediblər.

Hindistanlı elm adamları, bütün bəşəriyyəti məhv edə biləcək virusun yaxın zamanda dünyaya yayılacağını və 23 dekabr tarixində dünyanın sonunu gətirəcəyini düşünürlər.

Virusun yayılma səbəbi ilə bağlı digər açıqlama verilməyib.

Hind alimlər NASA məlumat bazalarında da olmayan bu tanınmayan virusun dünyaya bir kosmos hissəciyi üzərindən gələcəyi və planetə bu cisim tərəfindən yayılacağını iddia edirlər.

İnterpress.az