Ərdoğanın “Qüds Sammiti”: İslam dünyasının Trampa cavabı nə olacaq?backend

Ərdoğanın “Qüds Sammiti”: İslam dünyasının Trampa cavabı nə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, İsrail Azərbaycanın əsas silah tədarükçülərindəndir. Bu əsasda İƏT-in Qüdslə bağlı İstanbulda olacaq toplantısında Bakı çətin seçim qarşısında qalacaq.

İnterpress.az xəbər verir ki, əsmələ ilə bağlı Yenicag.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Bakı İƏT-in Qüdslə bağlı toplantısında doğru mövqe nümayiş etdirərək, müsəlman qardaşlarının yanında olmalıdır:

“Öncə onu qeyd edim ki, həm İsrail dövlətinin yaranması, həm də Qüdsün bu dövlətin paytaxtı elan edilməsi İsrail xalqının maraqlarına uyğun olmayıb. Tarixə nəzər salanda görürük ki, belə bir siyasət XVIII əsrdən başlayaraq Qərb dövlətlərinin Osmanlıya qarşı apardığı siyasətin tərkib hissəsi olub. Məhz Osmanlı ərazisində yəhudi dövləti yaratmaqla Qərb ölkələri yəhudilərdən xilas olmağı düşünüblər. Çünki XVIII əsrdən başlayaraq, yəhudilər ABŞ və Avropanın bir sıra ərazilərində yəhudi dövləti yaratmağı qarşılarına məqsəd qoymuşdular. ABŞ-da ştatlardan birinin “yəhudi ştatı” kimi elan edilməsi də gündəmdə olub. Onlar vaxtilə Almaniyada da dövlət yaratmaq istəyirdilər. Lakin Hitlerin vəhşilikləri onların bu niyyətlərinin qarşısını aldı. İspaniyada da yəhudilər dövlət yaratmağa cəhd ediblər. Lakin XVI əsrdə İspaniya kralı bunun qarşısını aldı. Belədə görürük ki, Avropa öz ərazisində İsrail dövlətinin yaradılması əleyhinə olub.

Əvəzində Rusiya Ermənistanı Azərbaycana qarşı yaratdıqları kimi, ingilislər də Osmanlılara qarşı İsraili yaratdı. Bu gün də Qüdsün İsrailin paytaxtı kimi tanınması onun xalqına olan məhəbbətdən irəli gəlmir. Bu addım əslində, müsəlmanları İsrailə qarşı qaldırmaq, yəhudiləri təhlükə altında qoymaq və Yaxın Şərqdəki münaqişənin daha bir neçə 10 il uzadılmasına xidmət edir. Dərindən təhlil edəndə görürük ki, Trampın bu addımı ilk növbədə məhz İsrail xalqının maraqlarına ziddir. Qüds məsələsi bir Fələstin məsələsi deyil. Burada söhbət özünü müsəlman hesab edən hər kəs üçün müqəddəs hesab edilən bir ərazidən gedir. ABŞ-ın həmin addımı bizim vicdan azadlığımıza edilən qəsddir. Çünki Qüds Məkkə və Mədinədən sonra İslamın üçüncü müqəddəs şəhəridir. Azərbaycan deyir ki, Qüds şəhəri dostumuz olan İsrailin paytaxtı ola bilməz. Belə olan halda nədən İsrail Azərbaycandan incisin ki? İsraillə Bakı arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Əslində, yəhudi məsələsi çox şişirdilib. Onlar nə dünyanın ən ağıllı, nə də ən seçilmiş xalqı deyil. Sadəcə, başqa xalqları idarə etmək üçün özləri barədə belə təsəvvür yaradıblar. Əksinə, İsrail ABŞ-ın əlində Türkiyəyə qarşı bir silahdır.

Ərdoğanın "Qüds Sammiti": İslam dünyasının Trampa cavabı nə olacaq?

Ona görə də digər müsəlman ölkələrilə bərabər Azərbaycan birmənalı şəkildə müqəddəs torpaqları qorumalıdır. Çünki bu şəhər bütün müsəlmanlara məxsusdur. Xristian dünyası da Trampın qərarına etiraz edir. Çünki ora xristianlar üçün də müqəddəs şəhərdir və yəhudilər də məhz bu şəhərdə İsa peyğəmbəri çarmıxa çəkiblər. Qüds bütün dünya dindarları üçün açıq şəhər olmalıdır. Ona görə də Qüds məsələsini siyasiləşdirmək müsəlman və xristian insanlarının vicdan azadlığına ziddir. Azərbaycan da İƏT-in İstanbul toplantısında Qüds məsələsinə münasibətdə haqq səsin yanında olmalıdır. Qurani Kərimdə də buyurulur ki, hətta valideynin əleyhinə olsa da, haqqın yanında olun. Azərbaycan bu məsələdə öz dövlətinin, vətəndaşlarının dini maraqları baxımından ortaya mövqe qoyaraq, Qüdsün İsrailin paytaxtı elan edilməsilə barışmamalı, İslam dininin ümumi işində digər müsəlman ölkələrilə birlikdə iştirak etməlidir. Türkiyə dövləti üçün təhlükə gətirən bu məsələyə susmamalıyıq”.

İnterpress.az